İranda ötən sutka 270 nəfər koronavirusdan ölüb

İranda ötən sutka ərzində 270 nəfər koronavirusdan (COVID-19) ölüb.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 90 344 nəfərə yüksəlib.

İranda ötən 24 saat ərzində 24 715 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 3 851 162 nəfərə çatıb. Virus daşıyıcılarından 5 384 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Ölkədə indiyədək 3 348 363 nəfər koronavirusdan sağalıb, 25,8 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda təxminən 12 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 9,36 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2,65 milyon təşkil edir.