Qan düşmənçiliyi ölümlə bitdi - Hadisə yerinə gələn ana infarkt keçirdi

Adanada bir-biri ilə düşmənçilik edən şəxsin mübahisəsi qanlı sonluqla bitib.

Day.Az haberler.com-a istinadən xəbər verir ki, Əkrəm A.-nı iki nəfər bıçaqlayaraq ağır hala salıb. Hadisədən sonra şübhəlilər Əkrəm A.-nın avtomobilinin təkərlərini kəsərək hadisə yerindən qaçıblar. Xəstəxanaya çatdırılan Əkrəm A.-nın həyanı xilas etmək ümkün olmayıb. Hadisə yerinə gələn ana isə sarsıntıdan infarkt keçirib.