"Bir ana kimi qızımın səhvlərini qəbul etmək çətindir"
"Xasiyyətcə, enerji baxımından fərqliyik. Sənət bizi birləşdirsə də, xasiyyətcə başqayıq. Onun fikirlərinə, qərarlarına çalışıram sağlam yanaşım, anlayım, qəbul edim. Bir ana kimi bunu qəbul etmək çətindir".
Day.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri Xalq artisti Aygün Kazımova "Söhbət musiqidən gedir" verilişində deyib. O, qızı, müğənni İlqarə Kazımovdan danışıb:
"Çətindir öz övladının xasiyyətini, səndə olmayan baxışını qəbul etmək. Səhv addım atsa... Atsın, mənim də olub. Onlar sayəsində möhkəmlənmişəm. Bir ana kimi onu qəbul etmək çətindir. Amma kənardan baxanda düşünürəm öz həyatıdır. Bu gün varam, sabah olmaya bilərəm. Bir ana kimi onu çalışıram problemlərdən çıxarım. Amma səhv edirəm. Gərək özü üzləşsin, çalışıb çıxsın çətinliklərdən. Əvvəl heç bacarmırdım, indi çalışıram özü üçün onu baş-başa qoyum".
Kazımova bildirib ki, qızının ailə qurmasını, tezliklə nən olmasını arzuladığını söyləyib:
"Qızımı çox erkən yaşda dünyaya gətirmişəm. İstəyərdim gənc nənə olum. Əslində mən 10-15 il bundan əvvəl nənə ola bilərdim. Qızımın öz taleyi, alın yazısı var. Dedim, öz həyatını yaşasın. Təkid etmirəm, dünyasını pozmaq istəmirəm. Öz həyatıdır... Yanımda olmasa da olar, əsas xoşbəxt olsun".
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре