Juventus Dibalayla bağlı qərar verdi

Juventus futbolçusu Paulo Dibala ilə yeni müqavilə imzalayacaq.

Day.Az Goal.az-a istinadən xəbər verir ki, yeni müqaviləyə əsasən argentinalı hücumçu 2025-ci ilə kimi Turin klubunda çıxış edəcək. Tərəflərin artıq razılıq əldə etdiyi və Dibalanın sabah rəsmi müqaviləyə qol çəkəcəyi bildirilib.

​Qeyd edək ki, Dibalanın Juventus-la müqaviləsi 2022-ci ilə qədərədir.