Kənd klubları ilə bağlı təkliflər hazırlanır - Nazirlik
Klub və mədəniyyət müəssisələrinin optimallaşdırılması üçün təkliflər hazırlanır.
Day.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Mədəniyyə Nazirliyindən bildirilib.
Bildirilib ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindəki yeni, mütərəqqi və ölkənin bütün ərazisini əhatə edəcək mədəniyyət müəssisələrinin, o cümlədən də klubların fəaliyyətində səmərəliliyin artırılması, nəzərə alınmaqla, ölkənin inzibati ərazi vahidləri üzrə daha kompakt təşkili, fəaliyyətin optimallaşdırılması, xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində təkliflər hazırlanır.
Məlumata görə, proses başa çatdıqdan sonra klubların təmiri ilə bağlı konkret tədbirlər həyata keçiriləcək:
"Bundan əlavə, dövlət əmlakından istifadə olunmasının səmərəliliyinin artırılması və idarə olunmasının təkmilləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin "Dövlət əmlakının özəlləşdirilməsinin sürətlənməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında" 2016-cı il 19 iyul tarixli 1003 nömrəli Fərmanına uyğun olaraq,orta müddətli dövr ərzində dövlət mülkiyyətində saxlanılacaq müəssisələrin siyahısı müəyyən edilib və siyahıya daxil olmayan müəssisə və obyektlər, eləcə də bir sıra klublar özəlləşdirilməyə açıq elan olunub".
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре