Bir anda VARLANDI:

Amerikanın Miçiqan ştatının sakini, avtomobilinin təkərinin boşalması nəticəsində lotereyada cekpotu udub.

Day.Az Metbuat.az-a istinadən xəbər verir ki, 48 yaşlı şəxs avtomobilinin təkərində yaranan nasazlıq səbəbindən nasos almaq üçün yanacaq doldurma məntəqəsinə gəlib. Burada olan zaman o satışda latoreya bileti olduğunu görür və almaq qərarına gəlir. Elə bu zaman adam 500 min dollar mükafat qazanır. Şanslı oyunçunun oğlu bu yaşananlarla əlaqədar bildirib ki, atası uzun illər latoreya oynasa da ilk dəfədir ki, cekpotu udub. Onlar bu pulu gələcək yatırımlar üçün saxlayacaqlarını bildiriblər.