"Qadınları öldürməyin"

Xalq artisti Naibə Allahverdiyeva qadın zorakılığı ilə bağlı paylaşım edib.

Day.Az axşam.az-a istinadən bildirir ki, aktrisa "Mən sənin ərinəm, nə istəsəm etmək haqqım var" sözlərini deyərək qadını döyən kişi səsinin yer aldığı video paylaşıb. O, kişilərə səslənərək "Qadınları öldürməyin" sözlərini qeyd edib.

Aparıcı Elgiz Əkbər isə "Naibə xanım, səbrli olun. İnşallah, hər şey yaxşı olacaq" deyə, aktrisaya şərh yazıb. O, isə "Hər şey yaxşıdır" cavabını verib.

Qeyd edək ki, Elgiz Əkbər bir müddət əvvəl verilişində kişilərin qadına əl qaldırmasından danışarkən aktrisaya əri haqda "Bir dəfə danışmışdınız, başınıza gəlib. Yenə edir? İstəmirəm sən üzüləsən. Heç kimin buna ixtiyarı yoxdur. Bir dostun kimi buna imkan verməyəcəm, yetər" sözlərini söyləyib.