İcbari tibbi sığorta çərçivəsində xidmətlərin sayı artırılacaq

Azərbaycanda icbari tibbi sığorta çərçivəsində təqdim olunan xidmətlərin sayı artırılacaq.

Day.Az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin bu gün keçirilən iclasında deyilib.

O qeyd edib ki, Azərbaycanda icbari tibbi sığorta tətbiq edilən ərəfədə koronavirus pandemiyası başladı və bu da icbari tibbi sığortanın tətbiqinə çətinlikər yaratdı:

"Problemlər var, ancaq bu gün xidmətlər zərfinə iki mindən çox xidmət daxil olmub və bu tibbi xidmətlər getdikcə artırılacaq. Burada bütün məsələlər büdcə ilə bağlıdır. Büdcənin imkan verdiyi daxilində xidmətləri həyata keçirilir. Gələcəkdə büdcə vəsaitinin həcmi artdıqca tibbi xidmətlərin də sayı aytırılacaq, bu gün zərfə daxil olmayan tibbi xidmətlər də zərfə daxil ediəcək".