Dövlət Komitəsi küçədə aşkarlanan uşaq barədə açıqlama yayıb

Ailə, Qadın və Uşaq Problemləti üzrə Dövlət Komitəsi sosial şəbəkələrdə küçədə aşkarlanan uşaq barədə yayılan məlumatla bağlı açıqlama yayıb.

Bu barədə Day.Az-a, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib.

O qeyd edib ki, uşaq baxımsızlığı nəticəsində küçədə aşkarlanan uşaqla bağlı sosial şəbəkələrdə əksini tapan məsələnin həlli, eləcə də uşağın hüquqlarının təmin olunması istiqamətində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və aidiyyəti qurumların hər birinin səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər görülməkdədir:

"Vətəndaşlara bu məsələlərə həssas yanaşdıqlarına görə təşəkkür edirik. Eyni zamanda belə hallarda təcili müdaxilə edilməsi məqsədilə birbaşa aidiyyəti dövlət orqanlarına məlumat verməklərini xahiş edirik"