Əfqanıstanda məscid partladılıb

Əfqanıstanın Qəndəhar şəhərində məsciddə partlayış törədilib.

Day.Az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində azı 25 nəfər həlak olub. 20-dən çox şəxsin yaralandığı deyilir.

Partlayışın məsciddə cümə namazı zamanı törədildiyi bildirilib. Ölən sayının artacağı istisna olunmur.

Xatırladaq ki, ötən həftə Kunduz şəhərində məsciddə baş vermiş partlayış nəticəsində 50-dən çox şəxs həlak olmuşdu.