https://news.day.az/azerinews/1392144.html
Ölkə üzrə COVID-19-a yoluxma STATİSTİKASI - FOTO
Ölkə üzrə COVID-19-a yoluxma STATİSTİKASI - FOTO
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 850 yeni yoluxma faktı qeydə alınıb, 735 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Day.Az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 498 630 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 476 964 nəfər müalicə olunaraq sağalıb, 6 734 nəfər vəfat edib, aktiv xəstə sayı 14932 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 346, ötən müddət ərzində isə ümumilikdə 5 000 973 test aparılıb.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре