Yeni doğulan uşaqlar arasında ölüm hallarının səbəbləri açıqlanıb

Azərbaycanda uşaqlar arasında ən çox ağırlaşma və ölüm halları məhz yenidoğulma dövründə qeydə alınır.

Day.Az Trend-ə istinadən bildirir ki, bunu Səhiyyə Nazirliyinin pediatriya sahəsi üzrə mütəxəssis-eksperti Erkin Rahimov deyib.

O bildirib ki, yenidoğulma dövründə körpələrdə daha çox tənəffüs və ürək problemləri müşahidə olunur: "Bir körpə nəfəsalmada çətinlik yaşayırsa, bu, tənəffüs probleminin əlaməti ola bilər. Yenidoğulma zamanı sarılıq problemləri də müşahidə olunur. Qıcolma, göyərmə və sidiyə çıxmama təhlükə mənbəyidir".