Bakı və Abşeron ərazisi 2023-cü ildə tam qazlaşdırılacaq

2023-cü ildə Bakı və Abşeron ərazisində qazlaşmayan ərazi qalmayacaq.

Day.Az Trend-ə istinadən bildirir ki, bunu "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev deyib.

Baş direktor bildirib ki, bu il ölkədə 50-yə yaxın yaşayış massivində qazlaşma aparılıb: "Gələn il qazlaşdırılan yaşayış massivinin sayı 110-a çatıdırılacaq. Ümumrespublika üzrə isə yaxın 10 il ərzində bütün ərazilər qazlaşdırılacaq".