"Yüngül" siqaretlər daha ziyanlıdır!

Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən, hər il dünyada ağ ciyər, nəfəs yolu və bronxlar xərçəngindən 1 mln-dan artıq insan ölür. Bu çox qorxunc statistikadır.

Onkoloqların məlumatlarına əsasən, hal hazırda bu xərçəng növləri xeyli cavanlaşıb və orta və hətta cavan insanlarda daha tez-tez aşkar edilir. Dünya onkoloqların ümumi rəyinə görə, bu xəstəliklərin əsas risk faktoru siqaret çəkməkdir. Hal hazırda bir çox siqaret çəkən insanlar daha "yüngül" siqaretlərə keçir. Onlar fikirləşir ki, bununla öz sağlamlığına daha az ziyan vururlar. Lakin bu yanılmadır.

Onkoloqların sözlərinə görə, "yüngül" siqaretlər daha "ağır" siqaretlərdən yalnız nikotinin miqdarı ilə fərqlənir. Nikotin alışma yaradır. Siqaretlərin tərkibində olan çoxsaylı qatranlar isə güclü kanserogen xüsusiyyətlərinə malikdir. Bu qatranların miqdarı "yüngül" və "ağır" siqaretlərdə eynidir. Bundan əlavə sübut olunub ki, "layt"-siqaretləri çəkən insanlar tüstünü daha dərin alır ki, nəticədə ziyanlı maddələr daha dərin, tənəffüs sisteminin aşağı hissələrinə düşür. Bu isə, təbii ki, çox ziyanlıdır.

Day.Az Milli.Az-a istinadən bildirir ki, beləliklə, özünü siqaret çəkməklə bağlı olan risklərdən qorumaq istəyən insanın yalnız bir çıxış yolu var - siqaret çəkməkdən tam imtina etməkdir.