Diplomatik korpus nümayəndələrinin Suqovuşana səfəri başlayıb

Oktyabrın 16-da diplomatik korpus və yerli media nümayəndələrinin işğaldan azad edilmiş Suqovuşana səfəri təşkil olunub.

Day.Az Trend-ə istinadən bildirir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin rəhbərliyi iə baş tutacaq səfərdə Suqovuşan və Talış kəndləri ilə tanışlıq nəzərdə tutulur.