https://news.day.az/azerinews/1392390.html
Bakıda yanğın olub, bir nəfər tüstüdən zəhərlənib
Bakıda yanğın olub, bir nəfər tüstüdən zəhərlənib
Bakıda mənzildə yanğın olub.
Day.Az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb. Belə ki, ikimərtəbəli kommunal tipli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 100 m² olan mənzilin yanar konstruksiyaları 40 m² sahədə və bitişik, ümumi sahəsi 10 m² olan mağazanın yanar konstruksiyaları yanıb. Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре