Kart əvəzinə üzlərini göstərərək, metroya minməyə başladılar

Rusiyanın paytaxtı Moskvada metro stansiyalarında "üz tanıma" vasitəsilə ödəmə sistemi - "Face Pay"in tətbiqinə başlanılıb.

Day.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, yeni sistemlə sərnişinlər "Troyka" adlı metro kartları əvəzinə üzlərini göstərərək, metroya minməyə başlayıblar.

Moskva Bələdiyyəsinin tətbiqinə başladığı sistemə görə, sərnişinlər tətbiq üzərindən üzlərini tanıdaraq, sistemə daxil ola bilirlər.

Qeydiyyat tamamlandıqdan sonra insanlar metroya minərkən üzlərini göstərdiyi anda gediş haqqı sərnişinin əlaqələndirdiyi bank hesabından avtomatik olaraq çıxılır.