COVID-19 xəstəsi

Odessada 71 yaşlı kişi akademik Saxarov küçəsindəki hündürmərtəbəli binanın 8-ci mərtəbəsindən özünü atıb. 

Day.Az Lent.az-a istinadla bildirir ki, mərhumun həyat yoldaşı polisə COVİD-19 xəstəsi olduğunu söyləyib. Eyni zamanda, kişi xəstəxanaya yerləşdirilməsindən imtina edib.

Həyat yoldaşı əlavə edib ki, yaranmış vəziyyətlə əlaqədar onun həyat yoldaşı həyatına son qoyacağı barədə fikirlər söyləyirmiş.