https://news.day.az/azerinews/1393800.html
"Facebook" adını dəyişdirməyi planlaşdırır
"Facebook" adını dəyişdirməyi planlaşdırır
"Facebook" sosial şəbəkəsi, "İnstaqram" xidməti və "WhatsApp" mesencerinin sahibi olan ABŞ-ın "Facebook" korporasiyası gələn həftə adını dəyişdirməyi planlaşdırır.
Day.Az-ın məlumatına görə, bu barədə "Verge" portalı mənbələrə istinadən xəbər verir.
Məlumata əsasən, "Facebook"un bununla bağlı planlarını oktyabrın 28-i keçiriləcək konfransda elan edəcəyi gözlənilir.
Qeyd edilir ki, "Facebook"un yeni adı "metakainat" konsepsiyasına uyğun olacaq.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре