Meksikada gecə klubuna silahlı hücum:

Meksikanın Morelia şəhərində gecə klubuna edilən dəhşətli hücum nəticəsində altı nəfər ölüb, iki nəfər güllə xəsarəti alıb.

Day.Az oxu.az-a istinadən bildirir ki, gecə saatlarında əyləncə klubunun qarşısında dayanan kütləyə yaxınlaşaraq atəş açmağa başlayan iki silahlı şəxsin hərəkətləri təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Hüquq-mühafizə orqanları baş vermiş dəhşətli olayın motivlərini araşdırır.