Məhkumun həyətindən silah aşkarlanıb

Bakıda məhkumun həyətindən silah aşkarlanıb.

Day.Az xəbər verir ki, bu barədə Trend-ə Ədliyyə Nazirliyi Penitensiar xidmətindən məlumat verilib.

Qeyd edilir ki, Penitensiar xidmətin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin Bakı şəhər Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis bölməsinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Cinayət Məcəlləsinin 234.1; 237.2.3 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 3 il 6 ay müddətində azadlıqdan məhrum edilmiş və hazırda Penitensiar xidmətin Müalicə Müəssisəsində saxlanılan məhkum Nahid Nazim oğlu Əliyevin yaşadığı Maştağa qəsəbəsində fərdi yaşayış evinin həyətində torpağa basdıraraq gizlətdiyi 1 ədəd lüləsi və qundağı kəsilmiş ov tüfəngi aşkar edilərək götürülüb.