Türkiyədə dincələn Rusiya vətəndaşı faciəvi şəkildə öldü

Rusiya vətəndaşı Türkiyənin cənubunda istirahət zamanı həlak olub.

Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Alanya bölgəsində qeydə alınıb.

Bildirilir ki, oktyabrın 17-si 1982-ci il təvəllüdlü Rusiya vətəndaşı gecə saatlarında fırtınalı havada dənizdə üzərkən itkin düşüb.

Türkiyənin hüquq-mühafizə orqanlarının həyata keçirdiyi axtarış tədbirləri nəticəsində sözügedən şəxsin cəsədi oktyabrın 19-u açıq dənizdə aşkar olunub. 

Qeyd olunur ki, yerli prokurorluq baş vermiş hadisə ilə bağlı Rusiya tərəfini rəsmi şəkildə məlumatlandırıb. Hazırda hadisənin detalları araşdırılır.