https://news.day.az/azerinews/1394311.html
Naxçıvanda orta aylıq əməkhaqqı artıb
Naxçıvanda orta aylıq əməkhaqqı artıb
Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatında bir işçiyə hesablanan orta aylıq əməkhaqqı 544,2 manat təşkil edib.
Naxçıvan Dövlət Statistika Komitəsindən Day.Az-a verilən məlumata görə, bu göstərici 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,1% çoxdur.
Xatırladaq ki, bu ilin yanvar-iyul aylarında Muxtar Respublikada orta aylıq əməkhaqqı üzrə göstərici 544,1 manata bərabər olub.
Muxtar respublika üzrə orta aylıq nominal əməkhaqqının səviyyəsi ölkənin digər iqtisadi rayonları ilə müqayisədə daha yüksək olub.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре