Zəngəzur dəhlizinin açılması ilə bağlı Türkiyənin qərarı dəyişməyib

Zəngəzur dəhlizinin açılması ilə bağlı mövqeyimiz dəyişməyib.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afrikadan qayıdarkən jurnalistlərin sualını cavablandıran zaman deyib.

Türkiyənin Azərbaycana minaların zərərsizləşdirilməsi istiqamətində verdiyi dəstəyin davam edəcəyini vurğulayan R.T.Ərdoğan Türkiyənin Azərbaycana minaaxtaran vasitələr göndərdiyini xatırladıb.

Qeyd edək ki, Türkiyə Prezidenti oktyabrın 26-da Azərbaycana birgünlük səfər edəcək.