"Şəhid ailəsi üzvü" vəsiqəsi verilən şəxslərin sayı açıqlanıb

"Şəhid ailəsi üzvü" vəsiqəsinin verilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən həyata keçirilir.

Agentlikdən Day.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2020-ci ilin dekabr ayından bu günədək şəhid ailələrinin üzvləri olan 6 253 şəxsə həmin vəsiqə Agentliyinin ərazi filialları və Bakı DOST mərkəzləri tərəfindən təqdim olunub.