Azərbaycanın icmal büdcəsinin gəlirləri 23 milyard manatdan çox olub

Cari ilin doqquz ayında icmal büdcənin gəlirləri 23 milyard 021,4 mln. manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5 milyard 531,5 mln. manat və ya 31,6 faiz çoxdur.

Maliyyə Nazirliyindən Day.Az-a verilən məlumata görə, icmal büdcənin xərcləri isə 19 milyard 458,3 mln. manat məbləğində icra olunub.

2021-ci il üzrə icmal büdcə 7 milyard 335,3 mln. manat məbləğində kəsirlə proqnozlaşdırılsa da, cari ilin doqquz ayında faktiki olaraq 3 milyard 563,1 mln. manat büdcə artıqlığı (profisit) yaranıb.