Prezident Ərdoğanın Azərbaycan səfəri əlaqələrimizin möhkəmlənməsi üçün daha bir addımdır

Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycan səfəri əlaqələrimizin möhkəmlənməsi üçün daha bir addımdır.

Bunu Trend-ə Türkiyə Prezident Administrasiyasından bildiriblər.

Administrasiyadan qeyd olunub ki, Ərdoğanın bugünki səfəri sayca Azərbaycanana olan üçüncü səfərdir:

"Bildindiyi kimi Prezident Ərdoğan bölgənin iqtisadi inkişafı üçün çox önəmli olan Füzuli havalimanının açılışında da iştirak edəcək. Azərbaycan və Türkiyə bu günə qədər böləgənin rifahı və iqtisadi baxımdan güclənməsi üçün birgə çalışıblar".

Bildirilib ki, Türkiyə bundan əvvəl Azərbaycana göstərdiyi dəstəyi, bundan sonra da davam etdirəcək.