Britaniya parlamentində Kraliça II Elizabetin Azərbaycana təbriki səsləndirilib

Bir neçə gün öncə Britaniya Parlamentinin Lordlar Palatasının üzvü Lord Qurban Hüseyn Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 30-cu ildönümü münasibətilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində Britaniyanın hansı addımlar atdığı barədə hökumətə sual ünvanlayıb.

Bu barədə Day.Az-a Azərbaycanın Britaniyadakı Səfirliyindən məlumat verilib.

Bildirilib ki, sualı Britaniya hökuməti adından cavablayan Lord Goldmisth Britaniya Kraliçası II Elizabetin Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə Azərbaycana təbriklərini çatdırıb.

O qeyd edib ki, Britaniya hökuməti Azərbaycanla ikitərəfli əlaqələri daha da möhkəmləndirmək istiqamətində fəaliyyətləri davam etdirir. Lord Goldmsmith Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Britaniyanın Avropa qonşuluğu və Amerika region üzrə naziri Vendi Morton arasında baş tutan ən son telefon danışığına istinad edərək, ölkələr arasında xüsusən ticarət və ingilis dilinin tədrisi sahəsində əlaqələrin daha da dərinləşməsi yönündə atılmaqda olan addımları vurğulayıb.