Bərgüşad və Həkəri çayları üzərində su anbarları inşa ediləcək

İşğaldan azad olunan ərazilərin içməli su təminatı üçün Bərgüşad və Həkəri çayları üzərində su anbarları inşa ediləcək.

Bunu Trend-ə açıqlamasında ekologiya və təbii sərvətlər nazierinin müavini Vüqar Kərimov deyib.

Nazir müavini bildirib ki, bununla bağlı layihələr var: "Bu su anbarları Ağdam, Füzuli, Cəbrayıl şəhərlərini və ətraf əraziləri içməli su ilə təmin edəcək. Həmçinin, orada çox böyük ərazilərimiz var ki, işğal dövründə həmin ərazilər su almırdı. Buraya Bərdə və Tərtər rayonlarının da əraziləri daxildir. Bu anbarların tikilməsi və digər anbarların bərpa edilməsi həmin ərazilərin su ilə təmin edilməsinə şərait yaradacaq".