Dünyanı heyrətə gətirən eynək: Onu taxmaq üçün…

Londondakı hərracda dünyanın ən dəyərli eynəyi satışa çıxarılacaq.

Day.Az Metbuat.az-a istinadən bildirir ki,  zümrüd və almazlarla bəzədilmiş eynək 17-ci əsrə aiddir. Eynək 17-ci əsrdə adı məlum olmayan şahzadənin sifarişi əsasında hazırlanıb. "Cənnət qapısı" adı verilən eynəyin qiymətinin azı 3,5 milyon dollar olduğu bildirilir. Lakin hərrac zamanı qiymət dəfələrlə arta bilər.

Məlumata görə, hələ hərracdan əvvəl dünyanın tanınmış iş adamları eynəklə maraqlanıb.