Hindistanda yeni “AY.4.2” ştamına 17 yoluxma qeydə alındı

Hindistanda koronavirusun yeni "AY.4.2" ştamına yoluxma halları aşkar olunub.

Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Hindistanın bir neçə ştatında ümumi olaraq 17 yoluxma faktı qeydə alınıb.

Səhiyyə naziri Mansuh Mandaviyanın sözlərinə görə, ölkə yeni ştamın öyrənilməsi üçün ekspertlər qrupu yaradıb. 

Britaniyanın Səhiyyə Nazirliyinin daha əvvəl verdiyi məlumata əsasən, "AY.4.2" ştamı "Delta" ştamının yeni altnövü hesab olunur və "Delta" ilə müqayisədə daha yüksək yayılma templərinə malikdir.

Qeyd edək ki, "AY.4.2" ştamı ilk dəfə britaniyalı alimlər tərəfindən qeydə alınıb.