Canlı efirdə QALMAQAL: Aparıcı bu hərəkətinə görə işdən qovuldu

İspaniya dövlət televizyasının aparıcısı canlı efirdə işlətdiyi irqçi ifadələrə görə işdən qovulub.

Day.Az Metbuat.az-a istinadən xəbər verir ki, "RTVE" telekanalının aparıcısı Lorena Gonzalez canı efirdə Real Madirinin yeni transferi Eduardo Camavinga-nın imza mərasimini şərh edərkən irqçi çıxışı ilə ölkədə gündəm olub. Aparıcı futbolçu haqqında "Bu adam kostyumundan da qaradır" - deməsi ölkədə etiraza səbəb olub. Bu sözlərdən sonra aparıcı işdən çıxarılıb.

Məsələ ilə bağlı açıqlama yayan telekanal Camavinga-dan üzr istədiklərini, lazım olan tədbirlərin görüləcəyini bildirib.