İspaniya La Liqası: "Barselona" 19 ildən sonra ilk dəfə "Rayo Valyekano"ya məğlub olub

"Barselona" futbol klubu İspaniya çempionatının 11-ci turu çərçivəsində səfərdə "Rayo Valyekano"ya 0:1 hesabı ilə məğlub olub.

Day.Az-ın məlumatına görə, görüş Madriddə "Kampo-de-Valyekas" stadionunda keçirilib.

Qolu 30-cu dəqiqədə Radamel Falkao vurub. 72-ci dəqiqədə "Barselona"nın hücumçusu Memfis Depay penaltini yerinə yetirə bilməyib.

Kataloniyalılar 10 görüşdən sonra aktivində 15 xalla çempionat cədvəlinin 9-cu pilləsində qərarlaşıb. "Rayo Valyekano" 19 xalla beşinci pillədə qərarlaşıb.