Türkiyə və ABŞ müdafiə nazirləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər

Türkiyənin milli müdafiə naziri Hulusi Akar amerikalı həmkarı Lloyd Ostin ilə telefon danışığı aparıb.

Day.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi xəbər verib.

Danışıq zamanı ikitərəfli və regional müdafiə və təhlükəsizlik məsələləri müzakirə edilib

Tərəflər Türkiyə və ABŞ prezidentlərinin planlaşdırılan görüşü öncəsi müsbət gündəliyin formalaşdırılması istiqamətində atılacaq addımlarına diqqəti yönəldiblər.