Goranboyda minik maşını evə çırpılıb, xəsarət alanlar var

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Day.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Şəfəq kəndində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı minik maşını idarə etməni itirib. Nəticədə maşın yol kənarındakı evə çırpılıb.

Qəza zamanı 1992-ci il təvəllüdlü Süleymanov Laçın Adil oğlu və 1997-ci il təvəllüdlü Quliyev Bəxtiyar Cəmşid oğlu xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.