Binəqədidə yaşayış binasında yanğın olub

Bakı şəhərinin Binəqədi rayonunda ikimərtəbəli yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Day.Az-a verilən məlumata görə, binanın ikinci mərtəbəsində ümumi sahəsi 45 kv.m olan 2 otaqlı mənzilin yanar konstruksiyaları 10 kv.m sahədə, dəhlizinin lambirindən ibarət tavanı 20 kv.m sahədə və dam örtüyü 2 kv.m sahədə yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.