Türkiyədə hərbi maşın qəzaya düşdü:

Türkiyə Silahlı Qüvvələrinə məxsus hərbi maşın Hakkaridə qəzaya uğrayıb.

Day.Az oxu.az-a istinadən bildirir ki, qəza nəticəsində Türkiyə Silahlı Qüvvələrinin bir hərbçisi həlak olub.

"Hakkaridə meydana gələn hərbi maşın qəzasında müqavilə əsasında xidmət edən əsgər Əbubəkr Sel şəhid olub", - deyə Türkiyə MN-dən bildirilib.