Qəbələdə avtomobil piyadanı vuraraq öldürüb

Oktyabrın 27-si saat 15 radələrində Qəbələ rayonunun Soltannuxa kəndi ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Day.Az-a verilən məlumata görə, Qəbələ rayon sakini Valeh Cənnətov idarə etdiyi "Renault" markalı avtomobillə yolu keçən piyada Narıngül Səbzəliyevanı vurub və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində isə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Qəbələ RPŞ-də araşdırma aparılır.