Şəhid Yusif Budaqovun barelyefi qoyuldu

Səbail rayonunda şəhid Şəhid Yusif Budaqovun yaşadığı binada barelyefin açılışı olub.

Day.Az Real TV-yə istinadən xəbər verir ki, Vətən müharibəsi şəhidi Yusif Budaqovun şəhidlik zirvəsinə ucaldığı gündən bir il ötüb.

Bu məqsədlə Səbail rayonu M.Hüseyn küçəsində şəhidin ailə üzvlərinin yaşadığı evin qarşısında barelyefin açılış mərasimi keçirildi.