Acun Ilıcalı İngiltərə klubunu alır

Türkiyəli iş adamı Acun Ilıcalı İngiltərə klubunun səhmlərini almaq qərarına gəlib.

Day.Az APA-ya istinadən bildirir ki, TV8 kanalının rəhbəri "Hall Siti"yə maraq göstərir.

52 yaşlı biznesmen Çempionşip təmsilçisini alıb, komandanı yenidən Premyer Liqaya yüksəltmək niyyətindədir. O, "narıncı-qaralar"ın səhmlərini 35,5 milyon avroya almağı planlaşdırır.

Qeyd edək ki, İngiltərədə son olaraq "Nyukasl" Səudiyyə Ərəbistanı dövlət investisiya fondu tərəfindən alınıb.