Avtobusun şüşələri adam sıxlığından sınıb?

Sosial şəbəkələrdə yayılan görüntülərdə 202 nömrəli marşrut avtobusunda şüşələr sınıb. Bunun avtobusdakı sərnişin sıxlığından baş verdiyi deyilir.

Day.Az bildirir ki, yayılan məlumatlara aydınlıq gətirmək üçün Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev Trend-ə açıqlamasında bildirib ki, avtobusun giriş hissəsində qapının şüşəsi səhər saatlarında qırılıb: "Hazırda avtobus xətdədir avtobusun qapısına yeni şüşə taxılıb. Daşıyıcı şirkət Çinar Trans MMC-nin verdiyi məlumata görə, şüşə rezindən çıxdığı üçün sınıb".