Lalə Məmmədova dəyişməkdən yorulmur

Əməkdar artist Lalə Məmmədova görünüşündə yenidən dəyişiklik edib.

Day.Az axşam.az-a istinadən bildirir ki, müğənni qısa saçlarını qaynaq vasitəsilə uzadıb.

Məmmədovanın yeni görünüşü üzərində stilist Fərid Bağırov çalışıb. İfaçı eyni zamanda saçlarını daha da tündləşdirib.

Qeyd edək ki, L.Məmmədova plastik əməliyyat etdirərək, üzündə dəyişiklik etdirib, burnunu düzəltdirib. Onun yeni görünüşü hər zaman sosial şəbəkədə müzakirələrə səbəb olub.