Tibb Universitetində 10 qrup distant təhsilə keçib

Azərbaycan Tibb Universitetində daha 5 qrup distant təhsilə keçib.

Day.Az bildirir ki, bu barədə Universitetin mətbuat xidmətinin rəhbəri Günel Aslanova APA-nın sorğusuna cavab olaraq bildirib:

"Daha əvvəl 5 qrup da distant təhsilə keçmişdi. Hazırda koronavirus aşkarlandığı üçün ümumilikdə 10 qrup distant təhsilə keçib".