Rühəngiz Qasımovanın nəvəsi də yarışmaya qatıldı

İTV-də yayımlanan "Səs Azərbaycan"da bu dəfə iştirakçı kimi yer alanlar arasında məşhur bəstəkar Rühəngiz Qasımovanın nəvəsi də olub.

Day.Az Axşam.az-a istinadən xəbər verir ki, Hilal Süleymanov "Adventure of a lifetime" mahnısını səsləndirib.

Onun ifasına münsiflərdən Eldar Qasımov dönüb. Hilal yarışmanı Eldarın komandasında davam etdirməli olub.

Qeyd edək ki, münsif kürsüsündə Xalq artistləri Brilliant Dadaşova, Tünzalə Ağayeva, müğənni Murad Arif yer alır.