Bakıda bu tunel və körpü tam BAĞLANDI:

Xəbər verdiyimiz kimi, noyabrın 27-dən paytaxtın iki küçə və prospektində hərəkət məhdudlaşdırılıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Day.Az-a bildirib ki, paytaxtın Nərimanov rayonu, Heydər Əliyev prospektində yerləşən Bağırov tunelində hərəkət tamamilə dayandırılıb:

"Buna görə də Heydər  Əliyev prospektində hərəkət yalnız üzü şəhər istiqamətində baş tutacaq. Belə ki, bu yolda hərəkət 5 saylı Asan Xidmətin qarşısından keçməklə birbaşa Heydər Əliyev prospekti şəhər istiqaməti ilə orta zolağa yönəlib.

Həmçinin Nəsimi rayonu Əbdülvahab Salamzadə küçəsindən üzü mikrorayon və Memar Əcəmi metrostansiyası istiqamətinə gedən körpüdə də hərəkət tam məhdudlaşdırılıb. Burada sürücülər müvəqqəti olaraq, yalnız tunellə hərəkət edə bilərlər. Həmçinin əskinə getmək istəyənlər də körpüyə daxil olmadan sağ zolaqla hərəkət etsinlər.

Hazırda qeyd edilən ərazilərdə yol patrul xidməti əməkdaşları nəzarət edərək, nəqliyyatın hərəkətini istiqamətləndirir. Vətəndaşlardan xahiş edirik ki, mümkün qədər digər yollardan istifadə etsinlər".