Sabah bu ərazidə qaz təchizatı dayandırılacaq

"Qaz İxrac" İdarəsinə məxsus "Balakən" QPS-də quraşdırılmış qaz qızdırıcı sobanın texnoloji hissəyə birləşdirilməsi ilə əlaqədar dekabrın 1-də saat 09:00-da qaz təchizatı işlər bitənədək dayandırılacaq.

"Azəriqaz" İB-dən AZƏRTAC-a bildirilib ki, qaz təchizatının dayandırılması Balakən rayonunun (şəhər və rayonun 55 kəndi) bir hissəsini əhatə edəcək.