Helikopter qəzasında həlak olanlara şəhid statusu veriləcək

"Helikopter qəzasında həlak olanlara qanunvericiliyə əsasən şəhid statusu veriləcək".

Day.Az-ın məlumatına görə, bunu Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev bu gün baş vermiş helikopter qəzası ilə bağlı bildirib.

DSX rəisi qeyd edib ki, təlim zamanı həlak olan hərbçilərə qanunvericiliyə uyğun olaraq, şəhid statusu verilir.