İranda daha 77 nəfər koronavirusdan ölüb

İranda ötən sutka ərzində 3 356 nəfər koronavirusa (COVID-19) yoluxub, 77 nəfər ölüb.

Day.Az Trend-ə istinadən bildirir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 130 277 nəfərə,

yoluxanların sayı isə 6 137 821 nəfərə çatıb. Virus daşıyıcılarından 3 232 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Ölkədə indiyədək 5 930 502 nəfər koronavirusdan sağalıb, 39,4 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda təxminən 108 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 58,1 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 48,3 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 1,39 milyon təşkil edir.