Türkiyəyə gedən azərbaycanlıdan 3 aydır xəbər yoxdur

Bakıdan Türkiyəyə gedən kişi itkin düşüb.

Day.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə itkin düşən şəxsin yaxınları sosial şəbəkədə məlumat yayıblar. Məlumata əsasən, Bağıyev Nurlan Savahi oğlu bu ilsentyabrın 6-da Türkiyəyə getmək adı ilə evdən çıxıb. Onun sentyabrın 8-də Naxçıvandan Türkiyəyə getdiyi bildirilir.

Qohumlarının sözlərinə görə, sentyabrın 8-dən Nurlandan heç bir xəbər ala bilmirlər.