3 alman nəhəngi qarşı-qarşıya

Dekabr ayının ən səs gətirən layihəsi ilk bölümü ilə "Üçbucaq" oldu! Natiq Zərbəliyev, Elgün Xıdırov və Vüsalə Səidin təqdimatında izlədiyimiz proqramın əsas məqsədi Azərbaycanda ilk olaraq sərbəst və obyektiv şəkildə avtomobillərdən bəhs edən əyləncəli layihə ortaya çıxarmaqdır. İlk verilişdə 3 alman nəhəngi - "Mercedes-Benz", "BMW" və "Audi"nin flaqman modelləri qarşı-qarşıya gəldi. "Mercedes-Benz S-Class", "BMW 7-ci seriya", "Audi A8"-in təqdim olunduğu ilk bölümdə hər modeli bir aparıcı təmsil edir. Onlar öz arqumentləri ilə müdafiə etdikləri modellərin üstünlüyünü isbat etməyə çalışır, hətta bəzi hallarda rəqib modellərin "zəif" cəhətlərini qabartmaqdan ötrü zarafatlarından da qalmırlar. Layihə əyləncəli və əyləncəli olduğu qədər də informativdir. 

Siz də  "Üçbucaq"-ın bu buraxılışını Youtube kanalında izləyin və  və şərh bölməsində sizin düşüncənizə əsasən, hansı modelin daha üstün olduğunu qeyd edin.  

Əminəm ki, 3 fərqli aparıcının 3 fərqli baxış bucağı təqdim etdiyi "Üçbucaq"-ın növbəti bölümlərini izləyicilər səbirsizliklə gözləyir. Odur ki, kanalı izləmədə qalın!